WORD sənədlərinin standart kodlaşmaya keçirilməsi üçün təyin olunmuş
makrosun nümunəsi
Convert.bas
Bu makros nümunə olaraq MS Word formatında olan mətnlərin bir kodlaşmadan
digərinə çevrilməsi üçün istifadə edilə bilər.
Bu makros vasitəsilə rus hərflərinin kodlarına uyğun olan qeyri-standart
Arial Az Cyr (və ya Arial Az Lat) şriflində MS Word 97/2000 redaktorunda
yığılmış mətn qəbul olunmuş Unikod standartına müvafiq kodlaşmaya
çevrilir.
Makrosdan istifadə etmək üçün CONVERT.BAS faylını kompüterinizdə
quraşdırılmış MS Word proqramının tərkibinə daxil etməlisiniz. Bunun
üçün əsas menyudan Visual Basic Editor bəndi seçilməli
(<Tools> --> <Macro> --> <Visual Basic Editor>) və
ya Alt+F11 düymələri basılmalıdır. Sonra isə fayl kompüterinizə
köçürülməlidir (<File> --> <Import File...>).
Bu makrosun Normal.dot şablonunun tərkibinə daxil edilməsi məsləhətdir.
Makrosun köçürülməsi üçün digər əlverişli üsullardan da istifadə
oluna bilər (məsələn, COPY/PASTE).
Makrosun tərkibi:
<Targets> dəyişəni ardicıllıqla düzülmüş Azərbaycan əlifbasının
latın qrafikalı hərflərinin Unikod kodlarını təsvir edir (əvvəlcə
baş hərflər, sonra isə sətir hərfləri göstərilmişdir).
<Source> dəyişəni isə Arial Az Cyr (və ya Arial Az Lat) şriftinin
müvafiq hərflərinin kodlarını göstərir.
Bu makros seçilmiş sahədə və ya kursorun mövqeyindən aşaği
hissədə olan cari Word sənədinin mətnini çevirir.
Makrosu işlətmək etmək üçün əsas menyudan (<Tools>
--> <Macro> --> <Macros..> --> <Convert> --> <Run>)
və ya digər alternativ usullardan istifadə edilməlidir. Bu prosesi asanlaşdırmaq
üçün makrosa xüsusi düymə və ya nişan təyin etmək
olar.
Nümunə kimi təqdim olunmuş makrosda düzəlişlər edərək Word sənədlərinin
çevrilməsi üçün öz makrosunuzu yarada bilərsiniz.
<Source> dəyişəninə aid olan kodları dəyişdirməklə digər qeyri-standart
şriftlərə müvafiq olan sənədlərin çevrilməsi üçün
makros hazırlamaq mümkündür.
Müvəffəqiyyət arzulayırıq!
|