Əziz həmvətənlilər və dostlar,
Kompüter sistemlərində Azərbaycan dilinin istifadəsinə həsr
olunmuş xüsusi saytı Sizin diqqətinizə təqdim edirik. Saytın
Rus
dilində də tərcüməsi mövcuddur.
Azərbaycan əlifbası üçün müxtəlif kodlaşdırılmasının
istifadə edilməsi İnternet vasitəsilə ünsiyyətin aparılmasına
və milli dildə informasiya resurslarının formalaşdırılmasına
maneələr yaradır.
Azərbaycan dili ilə bağlı mövcud olan texniki problemlərin
həlli "Dövlət dilinin
tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 18 iyun tarixli Fərmanı ilə əlaqədar
olaraq xüsusən aktuallaşmışdır. Bu Fərmanda Azərbaycan dilinin
istifadəsinin genişləndirilməsi üçün kompleks tədbirlər,
o cümlədən bütün strukturlarda kargüzarlığın aparılması,
nəzərdə tutulmuşdur.
Bizim saytımız mövcud olan texniki problemlərin həllinə kömək
məqsədilə yaradılmışdır. Siz burada proqram vasitələri,
şriftlər, əlavə köməkçi
proqramlar (utilitlər) əldə edə, yaranan suallara məsləhətlər
ala və müzakirələr apara bilərsiniz. Ümidvarıq ki, birgə
səylərimiz nəticəsində mövcud problemi həll edə biləcəyik
və Azərbaycan əlifbasının ümumiləşdirilmiş şəkildə istifadəsinə
nail olacayıq.
Saytın əlavə informasiya və səmərəli vasitələrlə zənginləşdirilməsində
hər birimizin fəal iştirakı bu işlərə yardım göstərə bilər.
Sayt ictimai xarakter daşıyır. Burada yerləşdirilmiş materiallar,
proqramlar bu təşəbbüsə köməklik göstərən təşkilatlar
tərəfindən lütfən təqdim olunmuşdur və sərbəst yayım
üçün nəzərdə tutulur.
|