EXCEL sənədlərinin standart kodlaşmaya keçirilməsi üçün təyin olunmuş
makrosun nümunəsi
Convertex.bas
Bu makros nümunə olaraq MS Excel formatında olan mətnlərin bir kodlaşmadan
digərinə çevrilməsi üçün istifadə edilə bilər.
Bu makros vasitəsilə rus hərflərinin kodlarına uyğun olan qeyri-standart
Arial Az Cyr (və ya Arial Az Lat) şriflində MS Excel 97/2000 proqramında
yığılmış mətn qəbul olunmuş Unikod standartına müvafiq kodlaşmaya
çevrilir.
Makrosdan istifadə etmək üçün CONVERTEX.BAS faylını kompüterinizdə
quraşdırılmış MS Excel proqramın tərkibinə daxil etməlisinin. Bunun
üçün əsas menyudan Visual Basic Editor bəndi seçilməli
(<Tools> --> <Macro> --> <Visual Basic Editor>) və
ya Alt+F11 düymələri basılmalıdır. Sonra isə fayl kompüterinizə
köçürülməlidir (<File> --> <Import File...>).
Makrosun köçürülməsi üçün digər əlverişli üsullardan da istifadə
oluna bilə (məsəslən, COPY/PASTE)
Makrosun tərkibi:
<Targets> dəyişəni ardicıllıqla düzülmüş Azərbaycan əlifbasının
latın qrafikalı hərflərinin Unikod kodlarını təsvir edir (əvvəlcə
baş hərflər, sonra isə sətir hərfləri göstərilmişdir).
<Source> dəyişəni isə Arial Az Cyr (və ya Arial Az Lat) şriflinin
müvafiq hərflərinin kodlarını göstərir.
Bu makros seçilmiş sahədə və ya kursorun mövqeyindən aşaği
hissədə olan cari Excel sənədinin mətnini çevirir.
Makrosu iştifadə etmək üçün əsas menyudan (<Tools>
--> <Macro> --> <Macros..> --> <Convert> --> <Run>)
və ya digər alternativ usullardan istifadə edilməlidir. Bu prosesi asanlaşdırmaq
üçün makrosa xüsusi düymə və ya işarə təyin etmək
olar.
Nümunə kimi təqdim olunmuş makrosda düzəlişlər edərək Excel sənədlərinin
çevrilməsi üçün öz makrosunuzu yarada bilərsiniz.
<Source> dəyişəninə aid olan kodları dəyişdirməklə digər qeyri-standart
şriftlərə müvafiq olan sənədlərin çevrilməsi üçün
makros hazırlamaq mümkündür.
Müvəffəqiyyət arzulayırıq!
|