UNİKOD standartı
UNİKOD standartı müasir və qədim yazılı dillərin işarələrinin vahid
kodlaşdırılması məqsədilə işlənilmişdir. Standartda hər bir işarə
16 bit ilə təqdim olunur və bu hal 8 bitlik kodlaşdırmadan fərqli olaraq
daha çox işərələrin əhatə olunmasına imkan verir. UNİKOD standartı
65536 kodu əhatə etməyə şərait yaradır.
UNİKOD standartına vurğu işarələrinə malik olan simvollar qrupları,
riyazi və texniki işərələr, göstəricilər və s. daxildir. Burada tilda
kimi işarələrin modifikasiyası və müxtəlif işərələrin birləşməsindən
əmələ gələn diakritlərin kodlaşdırılmasını təmin edir. UNİKOD dünya
əlifbalarının işarələri, iroqliflər və işarələrdən ibarət olan
29000-dən çox simvolların kodlarını əhatə edir.
Eyni zamanda UNİKOD-da 29000-dək istifadə edilməmiş kodlar mövcuddur,
bu da yeni işərələrin əlavə edilməsinə imkan verir. Bu hal gələcəkdə
hətta tərixi iroqliflərin və ya mövcud əlifbaların mümkün genişlənmələrini
nəzərə almağa şəriat yaradır. Bundan əlavə təqribən 6000-dək işərə
fərdi istifadə üçün nəzərə tutulur və bunlar proqram təminatı və
avadanlıq istehsalçıları tərəfindən xüsusi işərələr kimi istifadə
edilə bilərlər.
Kodların ümumi dipazonu bir neçə standart altçoxluqlara bölünmüşdür.
Bu altçoxluqlar hər hansı dilin əlifbasından və ya vəzifələrinə görə
oxşar olan xüsusi işarələr qruplarından ibarətdir.
UNİKOD standartı haqqında daha ətraflı məlumatı http://www.unicode.org/
ünvanında əldə edə bilərsiniz.
|