AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİNİN
SƏRƏNCAMI
N: 141s
Bakı şəhəri 28 iyul 2001-ci il
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında " Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18
iyun tarixli Fərmanının icrası ilə əlaqədar olaraq:
Milli Elmlər Akademiyası və Dövlət Standartlar və Metrologiya
Mərkəzinin birgə təklifi ilə razılaşaraq kompüterlərdə
istifadə edilən latın qrafikalı Azərbaycan əlifbası kodlarının
və klaviatura hərflərinin düzümünün vahid cədvəlləri standart
cədvəllər kimi təsdiq edilsin (1-4 nömrəli əlavələr).
A.Rasizadə
Azərbaycan Respublikasının Baş naziri
|